SON DƏQİQƏ! Dünyaca məşhur müğənni vəfat etdi - FOTO
Maqazin
15:35 / 09.12.2016
2124
Britaniyalı məşhur müğənni, bəstəkar Qreq Leyk 69 yaşında vəfat edib.
Bu barədə AZƏRTAC-a istinadla xəbər veririk.
Müğənni məşhur rok qrupu "King Crimson”un üzvü olub. O, eyni zamanda, solo mahnılar ifa edib.
Müğənninin uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.
Q.Leyk "King Crimson”un digər üzvü Keit Emersonun vəfatından bir ay sonra dünyasını dəyişib.