Sakinlərin DİQQƏTİNƏ: Bakının bəzi küçələrində yol hərəkətində dəyişiklik edilir

Sakinlərin DİQQƏTİNƏ: Bakının bəzi küçələrində yol hərəkətində dəyişiklik edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə Bakı şəhərində nəzərdə tutulan yeddi layihədən üçüncüsünün icrasına başlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

 

Bildirilib ki, bu dəfə Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir.

 

Hazırkı şəraitdə Xocalı prospektindən 28 May və Üzeyir Hacıbəyov küçələri ilə şəhər istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələri Y.Səfərov küçəsi ilə kəsişmədən sağa dönərək tunelin yaxınlığındakı geriyə dönmə yerindən istifadə edirlər. Bu isə həm Y.Səfərov küçəsinin həmin aralıqda qalan hissəsində, həm də mövcud geriyə dönm

ocalı prospekti ilə Y.Səfərov küçəsinin kəsişməsində arakəsmənin ləğv edilərək nizamlanan yolayrıcının təşkil edilməsi, Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkətinə şərait yaradılması planlaşdırılır. Hesablamalara əsasən, həyata keçiriləcək dəyişikliklər nəticəsində Y.Səfərov küçəsindəki geriyə dönmə yerinin nəqliyyat yükü 950 avt/saat azalacaq, nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1 300 metr qısalacaq. İşıqforların önündə təşkil ediləcək nizamlanan eyni səviyyəli piyada keçidlərinin hesabına piyadaların əlçatanlığı və təhlükəsizliyi təmin ediləcək.


OXŞAR XƏBƏRLƏR

43 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyunun 10-da dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı daha bir hərrac keçirəcək....

Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 14-dən 15-i gün...

Türk aktrisa Londonda mühüm tədbirdən qovuldu - FOTO

Türkiyə əsilli televiziya ulduzu Ekin-Su Cülcüloğlu Londonda keçirilən BAFTA televiziya mükafatlandırma mərasimindən sonra rəsmi şam yeməyinə gizlicə daxil olma...

Fahriye Evcen 11 il sonra bunu etdi - FOTO

Ekranlardan bir müddət uzaq qalan məşhur aktrisa Fahriye Evcen sosial mediada nostaljik bir paylaşım ilə diqqətləri üzərinə çədib.   Sfera.az xə...

Magistratura imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq ...

Quruculuq işləri ilə erməni vandallığının izləri də Qarabağdan silinir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğum gününü  gözəl Qarabağımızda qeyd etdilər. Bərpa-quruculuq iş...