Nazir üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü

Cəmiyyət
19:09 / 15.06.2024
3983
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə görüşüb.
Sfera.az xəbər verir ki, görüşdə Mentorluq proqramı çərçivəsində görüləcək işlər müzakirə olunub.
Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.