Ermənistana məxsus təyyarə Moldovaya buraxılmadı - VİDEO

Ermənistana məxsus təyyarə Moldovaya buraxılmadı - VİDEO

Ermənistana məxsus olan və Kişinyov-İrəvan-Kişinyov reysi ilə uçan təyyarəyə Moldovanın paytaxtında enişə icazə verilməyib.

 

Sfera.az-ın Moldovanın “IPN” xəbər agentliyinə istinadən məlumatına görə, pilotlara göyərtəsində əsasən Moldovanın vətəndaşları olan təyyarəni Buxarest havalimanında endirmək də qadağan olunub. Nəticədə hava gəmisi Kişinyov aeroportuna qaytarılıb.

 

Qərar onunla əsaslandırılıb ki, təyyarənin heyəti Moldovanın Mülki Aviasiya İdarəsini uçuş cədvəlindəki dəyişikliklər barədə məlumatlandırmayıb.

 

Bununla yanaşı, layner Buxarestin havalimanında olarkən polis bir neçə sərnişini saxlayaraq, naməlum istiqamətə aparıb.

 

Qeyd edək ki, təyyarənin sərnişinləri arasında Moldovanın müxalifətdəki “Pobeda” blokunun təmsilçiləri olub.

 

 


OXŞAR XƏBƏRLƏR