Narendra Modi Yaponiyaya səfər edəcək

Dünya
10:28 / 15.06.2024
1639
Yaponiyanın Baş naziri Fumio Kişida İtaliyada keçirilən G7 sammiti çərçivəsində hindistanlı həmkarı Narendra Modi ilə danışıqlar aparıb.
Sfera.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İki dövlətin liderləri Yaponiya və Hindistan arasında əlaqələrin hərtərəfli inkişafını davam etdirmək barədə razılığa gəliblər. Tərəflər bu il Narendra Modini Yaponiyaya səfər etmək niyyətlərini təsdiqləyiblər”, - məlumatda deyilir.