Lukaşenko Si Cinpinlə görüşmək niyyətindədir

Dünya
10:22 / 15.06.2024
1729
Belarus Prezidenti Aleksandr Lukaşenko iyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, o, bu barədə Çin lideri Si Cinpinə ad günü münasibətilə təbrikində bildirib.
“İyulun 4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində sizinlə görüşməyə ümid etdiyimi bildirirəm. Əminəm ki, bu platformada Belarus və Çin də çiyin-çiyinə dayanaraq bu təşkilatın potensialını tam şəkildə açmağa çalışacaqlar”, - Lukaşenko qeyd edib.