Azərbaycanda yeni qurumlar yaradılacaq
Cəmiyyət
13:58 / 09.12.2016
664
Azərbaycanda dövlət tərəfindən turizm sahəsində elmi tədqiqatların aparılması üçün qurumlar təsis ediləcək.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu, yeni hazırlanan "Turizm haqqında” qanun layihəsində nəzərdə tutulub.
Layihəyə görə, dövlət turizm sahəsində elmi tədqiqatların aparılması üçün şəxslər müvəkkil edəcək. Dövlət, eyni zamanda qeyri-dövlət qurumları tərəfindən həyata keçirilən bu cür fəaliyyətə məlumatlandırıcı, maddi-texniki yardım göstərəcək.