Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

 

Dekabrın 14-də Heydər Əliyev Sarayında SSRİ və Azərbaycanın Xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, yubiley tədbirində R.Behbudovun Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışılacaq, sənətkarın mahnıları səslənəcək.

Rəşid Behbudov 1915-ci il dekabr ayının 14-də Tbilisi şəhərində xanəndə Məcid Behbudalı oğlu Behbudovun ailəsində anadan olub. O, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynayıb. Azərbaycan mahnıları ilə yanaşı o, 50-dən artıq xarici mahnını da həmin xalqın dilində ifa edib.

Rəşid Behbudov 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı, 1959-cu ildə SSRİ Xalq artisti, 1978-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, 1980-cı ildə Sosialist Əməyi Qəhrəmanı və "Lenin” ordeni kimi fəxri ad və titullara layiq görülüb. O, Azərbaycan SSR Ali Sovetinə (3-6-cı çağırış) və SSRİ Ali Sovetinə (7-9-cu çağırış) deputat seçilib. 

1989-cu il iyunun 9-da görkəmli müğənni vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub, məzarı üstündə qəbrüstü abidə ucaldılıb. 

 


OXŞAR XƏBƏRLƏR

Bakıda yoldakı vəziyyət sürücünü maddi ziyana saldı - FOTO

Bakıda yolda yaranan vəziyyətə görə sürücünün maşını xarab olub.   Sfera.az bildirir ki, sürücü Binəqədi qəsəbəsi üçüncü mədən küçəsi ilə hərəkətdə o...

Şeyxülislam: “İrəvanda məscidlərimizi bərpa edəcəyik”

"Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir".   Sfera.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlma...

Rusiya aeroportunda 50-dən çox aviareys təxirə salındı

Rusiyanın Sankt-Peterburq şəhərinin “Pulkovo” aeroportunda 50-dən çox aviareys təxirə salınıb.   Sfera.az xarici KİV-ə istinadən xəbər v...

"Fənərbağça" və "Beşiktaş" onun üçün yarışır

Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klubları “Milan”ın cinah hücumçusu Noa Okaforu transfer etməkdə maraqlıdır.   ...

Rəqsanədən boşanma iddialarına CAVAB: "Ayrıldıq səninlə, boşandıq BİTDİ" - VİDEO

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla boşanma iddialarına cavab verib.   Sfera.az xəbər verir ki, o, bu barədə video çəkd...

Azərbaycanda növbəti torpaq hərracları ELAN EDİLDİ

Avqustun 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycanın regionlarında 3 torpaq müsabiqəsi və 16 hərrac keçirəcək. &n...