Balakəndə evə ildırım düşdü

Balakəndə evə ildırım düşdü

Balakəndə fərdi yaşayış evini ildırım vurub.

 

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Xalatala kəndində baş verib.

 

Belə ki, kənd sakini Ruslan Maçanova məxsus evə ildırım düşərək evin elektrik sistemini tamamilə sıradan çıxarıb.

 

140 kvm-lik evin yataq və vanna otağı dağıntıya məruz qalıb.

 

Nəticədə ev sahibinə təxminən 7-10 min manat məbləğində maddi ziyan dəyib.

 

Daha sonra ildırım topu divarı dağıdaraq evdən çıxıb və yaxınlıqdakı ağacı vurub.

 

Hadisə zamanı ailə üzvləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

 

Aidiyyəti qurumlar evə baxış keçirib, hadisənin necə və hansı şəraitdə baş verdiyi araşdırılır. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR