“Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” baş tutub

“Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” baş tutub

14 İyun - Ümumdünya Qan Donoru Günü ərəfəsində “Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” keçirilib. Forum Qırmızı Ürəklər Fondu, Qan Donorları Assosiasiyası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Mərkəzi Qan Bankı və “Fairmont Baku” otelinin birgə tərəfdaşlığı ilə baş tutub.    

 

Forumun məqsədi qan donorluğunun inkişafına dəstək olmaq, könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılmasını təşviq etmək və irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası istiqamətində cəmiyyətin maarifləndirilməsi idi.

 

Forumu çıxış sözü ilə açan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov bu xüsusi günün yüksək səviyyədə qeyd olunmasının əhəmiyyətindən danışıb. “Bu gün xüsusən bölgələrimizdə qan donorluğunun təbliğinə ehtiyac var. Doğrudur, bu isiqamətdə bir çox təbliğat xarakterli işlər görülür, amma bu işlərin miqyasını genişləndirmək olduqca vacibdir. Düşünürəm ki, bizim bugünkü forumda irəli sürülən təşəbbüslər yaxın gələcəkdə daha gözəl nəticələrin əldə olunmasına kömək edəcək”.

 

Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov isə fondun könüllük istiqamətində gördüyü işlərdən və bu sahədə bütün qurumların birlikdə fəaliyyətinin önəmindən danışıb. “Biz fond olaraq korporativ sosial məsuliyyətimizi dərk edir və vaxtaşırı bu istiqamətdə bir çox layihələr həyata keçiririk. Eyni zamanda bu mövzuda burada iştirak edən bütün aidiyyatı qurumlar ayrı-ayrılıqda maraqlı təbliğat işləri görürlər. Bu təcrübələri bölüşmək və birləşdirmək cəmiyyətimiz üçün qan donorluğunun daha da artması istiqamətində böyük və faydalı nəticələrə gətirib çıxaracaq. Forumun əsas məqsədi və bu görüşdən gözləntimiz də elə budur”.

 

Forumun davamı olaraq tədbirdə iştirak edən 25 gənc “Gənc qan donorlarının ictimai müzakirə platforması” layihəsi çərçivəsində təşkil olunan 3 günlük təlimlərdə iştirak edəcəklər. Daha sonra onlar yaşadıqları regionlarda gənclər arasında “könüllü donorluq şəbəkəsi”nin qurulmasına cəlb olunacaqlar.

 

Tərəfdaşların rəsmi nümayəndələrinin, millət vəkillərinin və cəmiyyətin ziyalı şəxslərinin iştirak etdiyi tədbirin təşkilatçılığında fəal iştirakına və verdiyi dəstəyə görə Kapital Bank da Məkrəzi Qan Bankı və Qan Donorları Assosiasiyası tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

 

Qeyd edək ki, “Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ən çox istifadə edilən əməliyyat sistemləri - Müqayisə

Bu ilin iyul ayında “Android” əməliyyat sisteminin Azərbaycan bazarında payı əvvəlki ayla müqayisədə 13,07 faiz bəndi azalaraq 57,92 faiz təşkil edi...

Peskov istisna etmədi: Onlar görüşəcəklər

Bu həftə Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüş keçirilə bilər.   Sfera.az Rusiya KİV-...

Türklərin ən çox köç etdiyi ölkələr - Adlar

Türkiyə vətəndaşlarının ən çox köç etdiyi ölkələrin siyahısı açıqlanıb.  Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər...

Elçindən geriyə qalanlar: Səfir, deputat...

Bu gün Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn mərasimi keçiriləcək.   Elçindən geriyə nələr qaldığını çoxumuz bilirik - ədəbi irsi, qiymətli əsərləri, ...

İran ABŞ ilə danışmayacaq: "Bundan söhbət gedə bilməz"

İran Xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün ABŞ ilə birbaşa danışıqlar aparmayacağını açıqlayıb. ...

Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Bakıda Ukrayna səfiri Yuri Qusevlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna ...