Şənbə gününün havası AÇIQLANDI

Şənbə gününün havası AÇIQLANDI

İyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, sabah səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 40-50 %, gündüz 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-12° isti, gündüz 15-20° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ən çox istifadə edilən əməliyyat sistemləri - Müqayisə

Bu ilin iyul ayında “Android” əməliyyat sisteminin Azərbaycan bazarında payı əvvəlki ayla müqayisədə 13,07 faiz bəndi azalaraq 57,92 faiz təşkil edi...

Peskov istisna etmədi: Onlar görüşəcəklər

Bu həftə Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüş keçirilə bilər.   Sfera.az Rusiya KİV-...

Türklərin ən çox köç etdiyi ölkələr - Adlar

Türkiyə vətəndaşlarının ən çox köç etdiyi ölkələrin siyahısı açıqlanıb.  Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər...

Elçindən geriyə qalanlar: Səfir, deputat...

Bu gün Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn mərasimi keçiriləcək.   Elçindən geriyə nələr qaldığını çoxumuz bilirik - ədəbi irsi, qiymətli əsərləri, ...

İran ABŞ ilə danışmayacaq: "Bundan söhbət gedə bilməz"

İran Xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün ABŞ ilə birbaşa danışıqlar aparmayacağını açıqlayıb. ...

Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Bakıda Ukrayna səfiri Yuri Qusevlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna ...