Ərdoğan ABŞ və Qərb ölkələrinə ÇAĞIRIŞ ETDİ

Ərdoğan ABŞ və Qərb ölkələrinə ÇAĞIRIŞ ETDİ

"Birləşmiş Ştatlar və Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəslə bağlı qətnaməsinə əməl etmək üçün İsrailə təzyiq göstərməlidir".

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın baş naziri Pedro Sançeslə danışıqlardan sonra bildirib.

 

Ərdoğan ümid edir ki, İsrail Qəzzaya hücumlarından əl çəkəcək və bölgədə davamlı sülhü təmin edəcək razılaşma əldə edəcək. O, Türkiyənin qətnamənin icrasını yaxından izləyəcəyini vurğulayıb.

 

Xatırladaq ki, iyunun 13-də səhər saatlarında Fələstinin radikal HƏMAS hərəkatı ABŞ prezidenti Co Baydenin Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı son təklifinə müsbət cavab verdiyini bildirib.

 

İyunun 12-də ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib ki, Vaşinqtonun atəşkəs təklifinə Həmas-ın cavabında düzəlişlər var. (Publika.az)


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...