Pensiya ilə bağlı mühüm xəbər: Məbləğ artır... - Yeni sistem belə olacaq

Pensiya ilə bağlı mühüm xəbər: Məbləğ artır... - Yeni sistem belə olacaq

Pensiya yaşının müəyyən edilməsi ilə bağlı müəyyən spekulyasiyalara yol verilir. Bundan populist məqsədlər üçün istifadə etmək kimi cəhdlər də mövcuddur. Bu yolverilməzdir. İnsanların sosial müdafiəsi, rifahı, iş həyatının inkişafı, davam etdirilməsi ilə bağlı məsələlərdə həssas olmaq lazımdır. Ona görə də, məsələyə populist düşüncə ilə yanaşmaq bir çox xoşagəlməz nəticələrə səbəb olur.

 

Sfera.az xəbər verir ki, bunu Teleqraf.com-a iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

 

O qeyd edib ki, bu kimi yanaşmalar cəmiyyətdə bir sıra hallarda çaşqınlıq yaradır:

 

"Məsələyə elmi cəhətdən əsaslandırılmış arqumentlərlə yanaşmaq vacibdir. Pensiya siyasəti və təyinatı ilə bağlı yanaşmalar ölkədəki sistemli sosial-iqtisadi mühitə əsaslanmalıdır. "Müavinətləri artıraq, ödənişlər edək, pensiya yaşını aşağı salaq" kimi fikirlərlə deyil, ölkə iqtisadiyyatının qüdrətini artırmaqla məşğul olmalıyıq. İqtisadiyyatda imkanlar, resurslar artsa, əksər hallarda insanlar pensiya yaşlarının aşağı salınmasına deyil, daha çox işləməyə, resurs əldə etməyə, gələcəkdə yüksək pensiya kapitalı yığmağa üstünlük verərlər".

 

İqtisadçı-ekspert hesab edir ki, iqtisadiyyatda yüksək texnoloji tutumlu sahələrin inkişafı təmin edilməyibsə, o zaman əməkhaqqı, pensiya kapitalı aşağı olacaq:

 

"Pensiya kapitalının aşağı olması şəraitində vətəndaş 63-65 yaşda pensiyaya çıxsa belə onun maddi ehtiyaclarını həmin pensiya ödənişi qarşılamayacaq. Ona görə də, bu məsələyə birmənalı yanaşmaq yolverilməzdir. Prezident tərəfindən sosial yönümlü tədbirlərin həyata keçirilməsi prosesləri effektiv şəkildə davam etdirilir".

 

Elşad Məmmədov sosial sahədə islahatlar başlamamış pensiya təyinatı ilə bağlı olan yanaşmalara diqqət çəkib:

 

"Bu istiqamətdə çirkin üsullara əl atanlar az deyildi. Pensiya təyinatı, pensiyaların məbləğinin formalaşdırılması ilə bağlı ədalətsizliklər, neqativ hallar barəsində də düşünməyə ehtiyac var. Bu gün şəffaflıq təmin edilibsə, ardıcıl şəkildə artıq faizlərlə deyil, pensiyaların məbləği dəfələrlə artırılıbsa, bu, müsbətə doğru atılan addımların nəticəsidir".


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...