Kapital Bank-ın iştirakı ilə Naxçıvanda ilk “Karyera sərgisi” keçirildi

Kapital Bank-ın iştirakı ilə Naxçıvanda ilk “Karyera sərgisi” keçirildi

Naxçıvan Muxtar Respublikasında ilk dəfə Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə muxtar respublikasının 100 illik yubileyinə həsr olunmuş “Karyera sərgisi” keçirilib. 

 

Ölkənin birinci bankı Kapital Bank-ın da iştirak etdiyi tədbirdə 60-dan çox dövlət, özəl və qeyri-hökümət təşkilatları iştirak edib.

 

 

Sərgidə xüsusi stendi olan Kapital Bank-ın əməkdaşları bankda işləmək istəyən namizədləri karyera imkanları və işə qəbul prosesi haqqında ətraflı məlumatlandırıblar. Namizədlər Kapital Bank-ın stendində öz CV-lərini təqdim etmək və vakansiyalar haqqında daha ətraflı məlumat almaq imkanına sahib olublar. Bankın nümayəndələri gənclərə işə qəbul prosesində uğur qazanmaları üçün məsləhətlər verib və onların suallarını cavablandırıblar.

 

Kapital Bank-ın Korporativ satışlar departamentinin Naxçıvan zonası üzrə meneceri Murad Sevdimalıyev sərgidə bankın iştirakının əhəmiyyətini vurğulayıb. “Biz Kapital Bank olaraq, hər zaman gənclərin karyera inkişafına dəstək olmağa hazırıq. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə keçirilən bu karyera sərgisi gənclərin iş dünyası ilə tanış olması və peşəkar həyatlarına uğurlu başlanğıc etməsi üçün böyük bir fürsətdir”. 

 

Kapital Bank bu tip əhəmiyyətli sərgilərdə iştirak etməklə regionun iqtisadi inkişafına və gənclərin peşəkar həyatlarına töhfə verməyə davam edəcək.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...