Bakıda metro yaxınlığındakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNDİ/FOTO 

Bakıda metro yaxınlığındakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNDİ/FOTO 

Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən dönərxanada başlayan yanğın söndürülüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

***

13:16

 

Bakı Metropoliteni “Neftçilər” stansiyasının yaxınlığında yerləşən dönərxana yanır.

 

Sfera.az “Report”a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.

 


OXŞAR XƏBƏRLƏR