Avtomobili qanunsuz idarə edən şəxs özünü yandırmaq İSTƏDİ

Avtomobili qanunsuz idarə edən şəxs özünü yandırmaq İSTƏDİ

İmişlidə avtomobili qanunsuz idarə edən şəxs intihara cəhd edib.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Hadisənin iyunun 12-də saat 08 radələrində baş verdiyi bildirilib:

 

“II Qarabağ müharibəsi iştirakçısı, 1992-ci il təvəllüdlü Həsənov Allahşükür Vaqif oğlu 99-MP-301 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobili etibarnamə olmadan idarə edən və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb.  Rayon ərazisində avtomobillə təhlükəli manevrlər edən sürücü özünü müharibə iştirakçısı kimi təqdim etməklə, avtomobili istədiyi kimi idarə edəcəyini əsas gətirərək qanunsuz hərəkətlərini davam etdirib.  İdarəetmə hüququ olmadan idarə edilən avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Sürücü barəsində toplanan materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib”.

 

Məlumata görə, bu gün səhər saatlarında A.Həsənov duracağa gələrək qanunsuz tələblər irəli sürməklə üzərinə yandırıcı maddə tökərək intihara cəhd edib:

 

"Cəhdin qarşısı ətrafda olan şəxslər tərəfindən alınıb və o, xəstəxanaya yerləşdirilib”.

 

Faktla bağlı araşdırma aparıldığını əlavə edib.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR