Mərkəzi Bankın dekabrda növbəti depozit hərracı baş tutacaq

Mərkəzi Bankın dekabrda növbəti depozit hərracı baş tutacaq

 

Dekabrın 12-də Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.

Sfera.az AMB-yə istinadən xəbər verir ki, hərracda 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür. "Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99% təşkil edir.


OXŞAR XƏBƏRLƏR