Bədəndə xərçəng hüceyrələrinin yayılmasına “kömək edən” gen tapıldı

Bədəndə xərçəng hüceyrələrinin yayılmasına “kömək edən” gen tapıldı

Massaçusets Ümumi Xərçəng Mərkəzinin alimləri şiş hüceyrələrinin bütün bədənə yayılmasına “kömək edərək” xərçəng metastazını təşviq edən Gstt1 genini müəyyən ediblər.

Sfera.az xəbər verir ki, sraşdırmanın nəticələri "Nature Cell Biology" jurnalında dərc olunub.


Alimlər izah ediblər ki, müəyyən genlərin fəaliyyəti xərçəng hüceyrələrinin öz mühitində dəyişikliklərə səbəb olmasına və bədənin digər nahiyələrinə keçməsinə, şişlərin əmələ gəlməsinə imkan verir. Şiş böyüməsinin ikincil ocaqlarının yaranmasına kömək edən spesifik genləri müəyyən etmək üçün tədqiqatçılar siçanlar üzərində təcrübə aparıblar.


Onlar mədəaltı vəzi və ya süd vəzi xərçəngi olan gəmiricilərdə ilkin və metastatik şişlərdə gen ifadə nümunələrini müqayisə ediblər. Metastatik şiş hüceyrələrində tənzimlənən müxtəlif genləri müəyyən etdikdən sonra tədqiqatçılar onların hər birini ayrı-ayrılıqda söndürüblər.


Nəticələr göstərib ki, Gstt1 geninin susdurulması siçanların əsas şiş hüceyrələrinə heç bir təsir göstərməyib, lakin metastatik hüceyrələrin böyüməsi və yayılmasının qarşısını alıb.

İnci
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Çinin məşhur markaları Azərbaycanda istehsal olunacaq? - AÇIQLAMA

Azərbaycan ixracı artırmaq üçün yüksək marka dəyəri olan məhsulların istehsalına nail olmalıdır. Çin son 20-30 ildə çoxlu sayda yeni markalar yaradıb və həmin m...

Bu 6 tətbiq kartınızdakı pulları çəkir - Dərhal silin! - XƏBƏRDARLIQ

Texnologiya mütəxəssisləri son illərdə artan zərərli tətbiqlərlə bağlı yeni xəbərdarlıq yayıb.   Sfera.az xarici mətbuata istinadla xəbər verir ...

Son 3 ildə əhalinin kredit borcu iki dəfə artıb - Rəqəmlər

2021-ci ildən sonra əhalinin kredit borcu 2 dəfədən çox artıb.  Sfera.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, 2021-ci ilin...

Əfsanəvi futbolçu 29 illik həyat yoldaşından boşandı

Portuqaliyalı əfsanəvi futbolçu Luiş Fiqu həyat yoldaşı Helen Svedindən ayrılıb.   Sfera.az xəbər verir ki, buna səbəb onun “Real”da koma...

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günüdür

Hər il 28 Aprel dünyada Ümumdünya Əməyin və Sağlamlığın Mühafizəsi Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi – iş yerlərində əmək təhlükəsizliyinə, sağ...

Mövqelərimiz yenidən atəşə TUTULDU

Aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı...