Müxtəlif növlərə aid nadir delfinlər okeanda bir yerdə yığıldı

Tədqiqatçılar Hind-Sakit okean donqar delfinləri (Sousa chinensis) qrupuna aid nadir, nəsli kəsilməkdə olan İrravadi delfininin (Orcaella brevirostris) şəklini çəkiblər. Körpənin anasının yanında olduğu görünsə də, alimlər onların tamamilə fərqli delfin növləri ilə necə əhatə olunduğunu başa düşə bilmirlər.
Sfera.az bildirir ki, tədqiqatçılar iki həssas delfin növünün Kamboca sahillərində niyə bir araya gəldiyini bilmirlər.
İrravadi delfinləri yastı burunlu tünd boz, Hind-Sakit okean donqar delfinləri isə uzun burunlu çəhrayı rəngdədirlər. Bu da ana və balaları Kamboca sahillərində üzən delfinlərdın çox fərqləndirir.
Kamboca Dəniz Mühafizə Xidməti tərəfindən heyrətamiz görüntülər çəkilib. Tədqiqatçılar delfinlərin qarşılıqlı əlaqəsinin son dərəcə qeyri-adi olduğunu bildiriblər. Adətən iki növ eyni ərazidə yemək axtararkən bir yerə toplanır.
Kamboca Dəniz Məməlilərinin Mühafizəsi Layihəsinin aparıcı tədqiqatçısı Becky Chambers, həmkarlarının da bu delfin balalarını tapmaqdan məmnun olduqlarını, lakin onların niyə bir yerə toplandıqlarını, onları nəyin birləşdirdiyinə hələ də əmin olmadıqlarını bildirib. Alimlər bu davranışı müəmmalı hesab edir, bunun yaxşı və ya pis olduğunu belə dəqiq deyə bilmirlər.
İrravadi delfinləri bütün dünyada ağızlarından su tüpürməsi və insanlara balıq tutmağa kömək etməsi ilə tanınır. Heyvanlar tez-tez balıqçılıq alətlərinə qarışdıqları üçün növ qismən təhlükə altındadır. Tədqiqatçılar vəhşi təbiətdə nə qədər İrravadi delfininin qaldığını bilmirlər, lakin IUCN Qırmızı Siyahısına görə onlar çox parçalanmışdır.
Chambers, həmkarları ilə birlikdə Kambocanın cənubunda delfinlər üzərində artıq araşdırma apardıqlarını, bala delfinlə isə ilk dəfə qarşılaşdıqlarını bildirib. Alimlərin diqqəti əvvəllər rastlaşdıqları yeniyetmə deyil, yeni doğulmuş delfin körpəsi olması faktına yönəlib.
İrravadi delfinlərinin Hind-Sakit okean donqar delfinləri ilə hibridləşdiyi faktı da məlumdur, lakin bu, olduqca nadir rast gəlinən haldır. Eyni zamanda, alimlər balaların iki fərqli delfin növünün qarışığı olduğuna dair heç bir açıq əlamət görmür. Görünən balanın bütün fiziki xüsusiyyətləri İrvadi delfininə xasdır.
Qeyd edək ki, delfinlərin adı çəkilən hər iki növü öz doğma balaları olmayan canlılara da eyni dərəcədə qayğı göstərir. Çox nadir hallarda bu cür qayğı digər növlərə də şamil oluna bilər, lakin alimlər donqar delfinlərin balalara qulluq etdiyi və ya ona zərər verməyə çalışdıqlarından da əmin deyillər.
Bir ehtimal da var ki, delfinlər aqressiv bir hərəkətlə, bəlkə də rəqabətdən irəli gələrək, ananı baladan ayırmağa çalışıblar. Ancaq bu da dəqiq deyil.
Aynil
Sfera.az