Polşa iyunun 13-dən Belarusla sərhəddə bufer zonası tətbiq edir: Təfərrüatlar

Polşa iyunun 13-dən Belarusla sərhəddə bufer zonası tətbiq edir: Təfərrüatlar

Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Tomaş Siemonyak Polşa-Belarus sərhədində bufer zonasının yaradılması haqqında fərman imzalayıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

 

Sfera.az bildirir ki, sənəd artıq nəşrə göndərilib. Qərar iyunun 13-dən qüvvəyə minəcək. Qadağa 90 gün müddətində qüvvədə olacaq.

 

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu qərar Polşanın Belarusla dövlət sərhədinə bitişik ərazidə qalmağa müvəqqəti qadağa tətbiq edəcək. Qadağa qərarın qüvvəyə mindiyi tarixdən 90 gün müddətində qüvvədə olacaq.


Daxili İşlər Nazirliyinin rəhbəri Tomaş Siemonyak qeyd edib ki, zona sərhəd xidmətinin Narevka, Bialovyesa, Dubiçe-Tserkevna və Çeremçe postlarının ərazi radiusunda yerləşən 60,67 km-lik hissədə sərhədin uzunluğunu əhatə edəcək.


Departamentdən əlavə edilib ki, təxminən 44 km-lik hissədə qadağa zonası dövlət sərhədi xəttindən 200 m məsafədə yerləşir. Ehtiyat zonasında yerləşən təxminən 16 km uzunluğunda olan hissədə zona daha geniş, təxminən 2 km olacaq.

 

“Qadağaya, bir qayda olaraq, əhalinin məskunlaşdığı ərazilər və turizm marşrutları daxil edilmir. Beləliklə, tətbiq edilən məhdudiyyətlərin nəticələri sakinlər, turistlər və peşəkar fəaliyyətlə məşğul olan digər subyektlər üçün mümkün qədər az yüklü olsun”- deyə məlumatda bildirilir.

 

Bildirilir ki, sərhəd zolağının Belarusla dövlət sərhədinə bitişik müəyyən hissəsində icazəsiz şəxslərin olmasının qadağan edilməsi dövlət sərhədinin mühafizəsinin təmin edilməsi zərurəti ilə bağlıdır.


Qadağanın tətbiqi digər məsələlərlə yanaşı, daim sərhədi keçməyə çalışan miqrantların aqressiv davranışı ilə üzləşən sərhədçilərin təhlükəsizliyinin təmin edilməsi zərurətindən yaranıb. 

 

Yeni qaydalara əsasən, Polşa Sərhəd Mühafizəsinin komandiri digər şəxslərin müəyyən müddət ərzində və müəyyən qaydalara riayət etməklə qadağan olunmuş ərazidə qalmasına icazə verə bilər. Həmçinin, istəmədən olsa belə, məhdudlaşdırılmış bufer zonasında daxil olan hər kəs yoxlanıla bilər.

 

Eyni zamanda Semonyak qeyd edib ki, Belarusla sərhəddə bufer zonasına daxil olmağa KİV və humanitar təşkilatlara razılıq veriləcək.


"Sərhədin mediadan kəsilməsinə heç bir səbəb yoxdur"-deyə Polşa Daxili İşlər Nazirliyinin rəhbəri bildirib. 

 

Bufer zonanın tətbiqi Sərhəd Mühafizəsinin zabitlərinə, eləcə də onlara kömək edən əsgər və polis əməkdaşlarına hücumların artması ilə əlaqələndirilir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR