Daşkənddə Heydər Əliyevin abidəsi ziyarət olundu - FOTO

Cəmiyyət
20:20 / 12.06.2024
5468
Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 12-də xalqımızın Ümummilli lideri, iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsində müstəsna xidmətləri olmuş Heydər Əliyevin Daşkənd şəhərindəki abidəsi ziyarət olunub.
Sfera.az yazır ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, ölkəmizin tanınmış mədəniyyət, incəsənət və elm xadimləri Ulu öndərin abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla yad ediblər.