"Santuşa çətin olacaq, çünki millimizdə Ronaldo yoxdur" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş təyin olunub. Qeyd edək ki, bundan əvvəl də Berti Foqts, Nikola Yurçeviç, Canni De Byazi kimi kifayət qədər tanınmış xarici məşqçilər də millimizin sükanı arxasına keçib. Lakin istədiyimiz və hər zaman ac olduğumuz uğurlara imza ata bilməmişik. 

 

Bu dəfə millimiz uğur əldə edə biləcəkmi? Santuşun təyinatı nəyi dəyişəcək? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov bildirib ki, Santuş üçün fərqli mentalitetdə çalışmaq bir az çətin olacaq:

 

“Bu təyinatı indidən nə təqdir, nə də tənqid etmək mümkündür. Onun fəaliyyətini görmək üçün bizə zaman lazım olacaq. Düzdür, o, Portuqaliya millisinə Avropa çempionu adını qazandırıb, amma istənilən halda artıq başqa bir ölkədədir. Fərqli bir futbol mentaliteti olan ölkədə ona bir qədər çətin olacaq. Ən azından, Azərbaycan millisində onun əlinin altında Ronaldo kimi futbolçular yoxdur ki, qarşıya qoyulan məqsədə tam çata bilsin”. 

 


A.Bağırov qeyd edib ki, Azərbaycan millisində vəziyyətin düzəlməsi üçün vaxt lazımdır:


“Əsaslı müzakirə və təhlillərlə birlikdə fikir mübadiləsi apardıqdan sonra getdikcə bu inkişafa nail olmaq mümkündür. Hesab edirəm ki, Fernando Santuş da gələcək fəaliyyətində yerli məsələlərlə sıx əlaqədə olacaq. Bu, Canni De Byazi tərəfindən edilmirdi. Bu, onun üçün bir nöqsan idi. Yeni məşqçi rəhbərliklə birgə yaxşı bir plan, proqram hazırlamalı və tətbiq etməlidir. Yanlız bundan sonra deyə bilərik ki, o uğur əldə edə biləcək, ya yox”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı DAŞINACAQ

Bu ilin sonuna qədər Azərbaycan ərazisi ilə keçən Orta dəhlizlə Çindən 300 konteyner blok qatarı daşınacaq.   Sfera.az xəbər verir ki, bunu Bakıda ke...

Yaşar Gülər: "Türkiyə bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək"

Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə ...

Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik etdi

İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib. ...

Rusiyadakı qiymət artımı Azərbaycana təsir edə bilərmi? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq olunan embarqonu 2026-cı il dekabrın 31-dək uzadıb. Bu siya...

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul ELAN EDİLDİ

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.   Bu barədə Sfera.az-a Dövlət İ...

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...