"Belarus xüsusi nüvə silahlarından istifadə etməyə hazırdır" - Pavel Muraveyko

Dünya
17:45 / 12.06.2024
3874
Rusiya ilə birgə təlimlər Belarus Silahlı Qüvvələrinin xüsusi nüvə silahından istifadə etməyə hazır olduğunu göstərib.
Sfera.az xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Pavel Muraveyko deyib.
O bildirib ki, bu cür təlim və qeyri-strateji nüvə silahlarından istifadə ilə bağlı mühüm məsələlərin işlənib hazırlanması hazırlığın artırılması yollarından biridir.
"Nəticələri yekunlaşdıracağıq, amma indi əminliklə deyə bilərəm: Belarus Silahlı Qüvvələrinin bölmələri xüsusi nüvə silahlarından istifadə etməyə hazırdır", - Muraveyko bildirib.
Firuzə Əliyeva