Rusiya və Çin arasında daha bir ortaq LAYİHƏ: Ayda stansiya quracaqlar

Rusiya və Çin arasında daha bir ortaq LAYİHƏ: Ayda stansiya quracaqlar

Rusiya və Çin Ayda ortaq stansiya qurmaq üçün hərəkətə keçir.

 

Sfera.az bildirir ki, Putin Çinlə “Beynəlxalq Ay Elmi Stansiyasının yaradılması haqqında Sazişin Təsdiq edilməsi haqqında Qanun”u imzalayaraq layihəyə yekun razılıq verib.

 

İki ölkə arasında əməkdaşlıq çərçivəsində qurulacaq Ay Stansiyasının 2027-2032-ci illər arasında Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası (Rosatom) tərəfindən həyata keçirilməsi və daha sonra stansiya üzərində işlərə başlanacağı gözlənilir.

 

Layihəyə əsasən, Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) və Çin Milli Kosmos İdarəsinin (CNSA) birgə kosmos tədqiqatları aparması planlaşdırılır. Roskosmosun baş direktorunun müavini Sergey Savelyev mayın 28-dən etibarən layihədə Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus və Cənubi Afrika da daxil olmaqla 12 ölkənin iştirak etdiyini açıqlayıb.

 

Qeyd edək ki, Rusiya və Çin hökumətləri arasında 25 noyabr 2022-ci ildə Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması ilə bağlı müqavilə imzalanıb.

 

Günay 


OXŞAR XƏBƏRLƏR