Rusiyadan Azərbaycana göndərilən pullar AZALIR

Rusiyadan Azərbaycana göndərilən pullar azalma mərhələsinə keçib.
Sfera.az xəbər verir ki, bu ökədən Azərbaycana köçürülən pullar 2022-ci ildə maksimum həddə çatdıqdan sonra 2023 və 2024-cü illərdə azalır.
Köçürülən pulların həcminin artması Ukrayna ilə müharibənin başlaması ilə bağlıdır. Müharibənin ilk aylarından başlayaraq təxminən bir il ərzində böyük məbləğdə vəsait Rusiyadan Azərbaycana köçürülüb.
2022-ci ildə Rusiyadan təxminən 3 milyard dollar pul köçürülüb. Bu məbləğ 2021-ci ildə köçürülən məbləğdən 4,76 dəfə çoxdur. 2023-cü ildə köçürülən məbləğ xeyli azalaraq 1,05 milyard dollara düşüb. Azalma dinamikası 2024-ci ildə də davam edib.
2024-cü ilin birinci rübü ərzində 155 milyon dollar köçürülüb ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 157 milyon dollar azdır.
Vasif