Ər arvadının ölümündən iki il sonra ondan məktub aldı

Ər arvadının ölümündən iki il sonra ondan məktub aldı

Bu hekayəni kövrəlmədən oxumaq mümkün  deyil…

BizimYol.Biz Rusiya KİV-lərinə istinadən xəbər verir ki, kanadalı Brend və Devid Şmitlərin taleyi asan alınmadı. Onlar bir- birlərini sevən, mehriban ailə idilər. Brendanın yumurtalıq xərçənginə tutulması ilə bu xoşbəxtliyə son qoyuldu. Brenda uzunmüddətli xəstəlikdən sonra həyatını itiridi. Sevimli arvadının ölümündən sonra Devid uzun müddət özünə gələ bilməsə də, həyat davam edirdi. İki il sonra o, Ceyn Abraham adlı qadınla tanış oldu və ona evlənmək təklif etdi. Milad bayramı öncəsi Devid bu barədə özünün bütün dostlarına xəbər verdi. Milad bayramında Devid  və Ceyn radio ilə bayram təbrikləri səsləndirən bir  proqrama qulaq  asarkən şokla qarşılaşdılar.  Devidi mərhum həyat yoldaşı Brenda təbrik edirdi. ”Salam. Mənim adım Brenda Şmitdir. Əgər bu təbriki eşidirsinizsə, demək mən xərçənglə mübarizədə məğlub olmuşam. Bu lent yazısını ölməzdən öncə yazdırdım və dostumdan xahiş etdim ki, nə zamansa Devid yenidən evlənəcəksə bu təbrikimi efir vasitəsi ilə ona çatdırsın. Devidin sevgilisi kimdir, bilmirəm, lakin ona demək istəyirəm ki, Devid əla insandır. Onu xoşbəxt etməyə çalış. Ümid edirəm, sən mənim uşaqlarıma ögey ana deyil, əsl ana olacaq, onlara bu sevgini verəcəksən. Uşaqlarla asan olmayacaq bilirəm, xüsusən kiçik oğlum Maksla, lakin bilirəm ki, siz birlikdə bunu bacaracaqsınız. Sizdən bir xahişim var, elə bu istirahət günü uşaqları da  götürün, birlikdə dincəlmək üçün  harasa gedin. Bu sizin xoşbəxt həyatınızın ilk gözəl  xatirəsi olsun. Mən sizin hamınızı sevirəm, Sizin Brenda”. Brendanın bu təbriki Devidi də, onun yeni xanımı Ceyni də göz yaşlarına boğdu.

 

 

 


OXŞAR XƏBƏRLƏR