Sosial şəbəkələrdə bu şifrələrdən İSTİFADƏ ETMƏYİN! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə bu şifrələrdən İSTİFADƏ ETMƏYİN! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Son zamanlar sosial şəbəkə hesablarının şifrələrinin ələ keçirilməsi ilə bağlı çoxlu məlumatlar paylaşılır. İnternet hücumlar getdikcə artır və onlarla mübarizə aparmaq çətinləşir.

 

Bəs sosial şəbəkə hesablarımızı xakerlərdən qorumaq üçün nə etməliyik?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan texnobloger Fərid Pərdəşünas bildirib ki, xakerlər “bruteforcing” adlı üsulla minlərlə, hətta on minlərlə fərqli şifrələri yoxlamaqla sosial media hesablarını ələ keçirə bilirlər. Bu səbəbdən şifrə təyin edərkən xüsusi diqqət göstərmək lazımdır. Parollar kibertəhlükəsizlik üçün vacib tədbirdir. Onlayn hesablar və şəbəkə təhlükəsizliyi üçün güclü parolların yaradılması hesablara arzuolunmaz girişin qarşısını alır".

 

Fərid Pərdəşünas qeyd edib ki, şifrə təyin edən zaman ailə üzvlərinin adından, məkan isimlərindən və avtomobil markasından istifadə edilməməlidir.

 

“Ən çətin şifrələr hərf və rəqəmlərin qarışığı olan və hesab sahibi üçün xüsusi məna daşıyan çoxkombinasiyalı şifrələrdir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR