Bu hallar qadınların iş yerlərinin itirilməsi ilə nəticələnir - "Təəssüf ki..."

Bu hallar qadınların iş yerlərinin itirilməsi ilə nəticələnir -

"Son zamanlar qadınlara qarşı təqib halları ilə bağlı müraciətlər artır. Təqib edən şəxslər keçmiş ər və ya tanışlardır".

 

Sfera.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

 

“Təqib edən şəxslər davamlı olaraq, fiziki və psixoloji metodlara əl ataraq qadınların gündəlik yaşamlarına, karyerasına, qohumluq münasibətlərinə, övladlarına təsir göstərirlər. O cümlədən ictimai nüfuza ciddi zərbə vururlar və bu da bəzi hallarda iş yerlərinin itirilməsi ilə nəticələnir”.

 

Mehriban Zeynalova qeyd edib ki, qadınların imtinası, təqib edən şəxslərin daha iyrənc yollara əl atması ilə müşahidə edilir.

 

"Bu isə qadınları intihar vəziyyətinə gətirir, onların fəaliyyət sferasına, psixoloji durumuna, inkişafına əngəl törədir. Təəssüf ki, zorakılığın bu forması beynəlxalq aləmdə tanınsa da bizim “Məişət zorakılığı ilə mübarizə” haqqında qanunda əks edilməyib. Məhz bu səbəbdən təqiblə üzləşən qadınların şikayətləri baxılmamış qalır və qanunvericilikdə belə bir müddəanın olmaması, yaxud xəsarətin olmaması ilə əsaslandırlır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR