Leysan yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Leysan yağdı, dolu düşdü - FAKTİKİ HAVA

İyunun 12-si saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, düşən yağıntının miqdarı Qəbələdə 73 mm, Xaltanda 63 mm, Göyçayda 62 mm, Mingəçevirdə 56 mm, Yevlaxda 40 mm, Qrızda 33 mm, İsmayıllıda 28 mm, Altıağacda 24 mm, Naftalanda 22 mm, Qaxda 20 mm, Oğuzda 19 mm, Şəkidə 13 mm, Şamaxı, Şahbuz, Quba, Bərdə, Culfa, Tərtər, Qusar, Yardımlı, Şabran, Ordubad, Gədəbəy, Ağdam, Zaqatala, Balakən, Qobustan, Kürdəmir, Sabirabad, Lənkəran, Astara, Göygöldə 9 mm-dək olub.

 

İyunun 11-i saat 20:55 radələrində Oğuz rayonu Tayıflı, Şirvanlı, Xalxal kəndlərinə diametri 10 mm olan dolu düşüb.

 

Şərq küləyi arabir Mingəçevirdə 25 m/s, Goranboyda 19 m/s, Göyçay, Naftalanda 18 m/s-dək güclənib.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-33, Naxçıvan MR-da 29-31, Aran rayonlarında 30-34, dağlıq rayonlarda 22-27 dərəcə isti olub.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...