Çində 4 ABŞ-li müəllim bıçaqlı hücuma məruz qalıb - FOTOLAR

Çində 4 ABŞ-li müəllim bıçaqlı hücuma məruz qalıb - FOTOLAR

Çində 4 ABŞ vətəndaşı hücuma məruz qalıb. Yaralıların hamısı yerli təhsil müəssisələrində dərs deyən professorlar olub. 

 

Sfera.az bildirir ki, müəllimlər küçə parkda bıçaqlanıb. 


İnsident Ayova ştatının Mount Vernon şəhərindəki özəl liberal sənət kolleci olan Kornell Kollecinin professor-müəllim heyəti Beihua Universiteti ilə əməkdaşlıq proqramında iştirak edərkən baş verib. 

 

Qeyd edək ki, Çində əcnəbilərə hücumlar olduqca nadirdir.

 

Hücum və onun nəticələrinin videosu Çin sosial mediasında yayılsa da, qısa zamanda senzuraya məruz qalıb. İki kişi və bir qadının qan içində yerdə uzandığını görmək olar. Videoda onların huşunu itirdiyi, bəziləinin mobil telefonla danışdığı görünür.

 

Çin Xarici İşlər Nazirliyi Beyhua Universitetinin dörd əcnəbi müəlliminin Beyşan Parkında hücuma məruz qaldığını təsdiqləyərək, onların dərhal xəstəxanaya aparıldığını, yaralıların həyati təhlükəsi olmadığını bildirib.

 

Nazirliyin sözçüsü Lin Jian mətbuat konfransında əlavə araşdırmalar aparıldığını da qeyd edib.


Hücumun təfərrüatları, o cümlədən hücum edənlərin kimliyi qeyri-müəyyən olaraq qalır.


Qeyd edək ki, Çində odlu silahdan istifadəyə ciddi nəzarət edilsə də,  bıçaqlı hücumlar qeyri-adi hal deyil. Ölkənin ictimai yerlərində, o cümlədən məktəblərdə və xəstəxanalarda tez-tez ölümcül iğtişaşlar baş verir. Lakin əcnəbilərə qarşı ictimai hücumlar nadir hallarda baş verir.

 

Jilin əyalətindəki hücum, Çinin Covid-19 səbəbiylə üç illik sərt sərhəd nəzarətindən sonra ilk dəfə xarici ziyarətçiləri qarşılamağa çalışdığı vaxta təsadüf edir. Bu, həm də ABŞ-lə təhsil mübadilələrini gücləndirmək səyləri fonunda baş verir. Məlum olduğu kimi iki ölkə çətin münasibətlərini sabitləşdirməyə çalışır.


Ötən ilin noyabrında ABŞ-ə səfəri zamanı Çin lideri Si Jinping iki ölkə arasında şəxsi əlaqələri gücləndirmək üçün ölkənin növbəti beş il ərzində 50 min amerikalı gənci Çinə mübadilə və təhsil proqramlarına dəvət edəcəyini açıqlamışdı. Çin lideri açıqlamasında Ayova ilə möhkəm əlaqələrini qeyd edib. Si Jinping, təxminən 40 il əvvəl ABŞ-a ilk səfəri zamanı Ayovada bir ailə ilə yaşayıb. O, bu təcrübəsini unudulmaz adlandırıb.

 

Çin, qismən ciddi silah nəzarəti və güclü kütləvi nəzarət sayəsində dünyada ən aşağı zorakı cinayət nisbətlərinə malikdir. Amma qeyd etdiyimiz kimi, bıçaqlı hücumlar tez-tez olur. May ayında ölkənin cənub-qərbindəki Yunnan əyalətində xəstəxanada bıçaqlı hücum nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb. Ötən il Quanqdonq əyalətinin cənubunda uşaq bağçası yaxınlığında səhər saatlarında 6 nəfər həlak olmuş, bir nəfər yaralanmışdı. 2022-ci ildə şərqdəki Jiangxi əyalətindəki uşaq bağçasına edilən hücumda 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR