Münsiflər Baydeni silah ittihamı ilə təqsirli biliblər

Münsiflər Baydeni silah ittihamı ilə təqsirli biliblər

Münsiflər heyəti ABŞ prezidentinin oğlu Hanter Baydenin silah saxlaması ilə bağlı qanun pozuntusuna dair hökmü geri qaytarıb.



Sfera.az "Fox News"a istinadən xəbər verir ki, o, hər üç maddə üzrə təqsirli bilinib.



İşə Delaver Ştat Məhkəməsində baxılır.



Hanter Bayden 14 sentyabr 2023-cü ildə narkotik istifadəsi və silah saxlamaqda ittiham olunub. Onu 25 ilə qədər həbs və 750 min dollar cərimə gözləyir.


Bundan əlavə, Amerika liderinin oğlunu Kaliforniya ştatında 1,4 milyon dollar məbləğində federal vergilərin ödənilməməsi ilə bağlı yeni işdə 17 ilədək həbs cəzası gözləyir.



Hazırkı prezidentin oğlu Amerika tarixində ilk dəfə cinayət törətməkdə təqsirli bilinib.



İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR