Ronaldo Portuqaliyanın Avro 2024-dəki hədəfini açıqladı

İdman
22:23 / 11.06.2024
5085
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo millisinin Avro-2024-də qalib gələ biləcəyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
“Avro-2016-dakı qələbə həm Portuqaliya, həm də dünya futbolu üçün tarixi idi. İndi biz yerdə möhkəm dayanırıq, amma düşüncələrimiz göyə yönəlib. Biz Avro 2024-ü qazana biləcəyimizi görməliyik”, - Ronaldo bildirib.
Portuqaliyalılar Türkiyə, Gürcüstan və Çexiya ilə eyni qrupda çıxış edəcəklər. Gürcüstan millisi ilk dəfə Avropa çempionatında iştirak edəcək.
Hazırkı Avropa çempionu finalda İngiltərəni məğlub edən İtaliyadır.
İnci
Sfera.az