Türkiyə Amerikanın yeni "F-16"larla bağlı təklifini QƏBUL ETDİ

Türkiyə Amerikanın yeni

Türkiyə Amerikanın yeni F-16 Block-70/72 döyüş təyyarələrinin alınması və mövcud təyyarələrin modernləşdirilməsi ilə bağlı göndərdiyi təklifi qəbul edib. 

 

Sfera.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bu faktı sövdələşmənin həyata keçirilməsi istiqamətində ciddi addım adlandırıb.

 

Xatırladaq ki, Ankara 2024-cü ilin fevralında Vaşinqtondan yeni döyüş təyyarələrinin alınması və köhnələrinin modernləşdirilməsi ilə bağlı sazişin həyata keçirilməsinə dair təklif və təsdiq məktubları layihəsi alıb. Sövdələşmə yanvar ayında Amerika səlahiyyətliləri tərəfindən təsdiqlənib. Layihə 23 milyard dolları əhatə edir.

 

Ümumilikdə Türkiyə biryerlik (F-16C) və ikiyerlik (F-16D) variantlarında 40 ədəd F-16 Block-70/72 qırıcısı, eləcə də türk təyyarələrinin təkmilləşdirilməsi və genişləndirilməsi üçün lazım olan 79 avadanlıq dəsti almağı planlaşdırır. 

 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR