Təhsil sənədləri indi daha əlçatandır!

Təhsil
17:35 / 11.06.2024
2985
my.gov.az portalına təhsil məlumatları da inteqrasiya olunur! Vətəndaşlar təhsil haqqında elektron arayışlarını rəqəmsal portfel rolunu oynayan bu portaldan asanlıqla və daha sürətli şəkildə əldə edə bilərlər.
Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, my.gov.az portalında vətəndaşların bütün şəxsi məlumatları əks olunur.
Qeyd edək ki, yaxın günlərdə vətəndaş müraciətləri üçün “Təhsil məlumatlarım” bölməsində müvafiq kateqoriyalar üzrə “Müraciət et” hissəsi aktivləşdiriləcək.