Dövlət xəstəxanalarına direktor təyin ediləcək, amma...
Belə ki, artıq xəstəxanalarda baş həkimlərin inzibati idarəetmə ilə bağlı səlahiyyətləri alınaracaq. Bu səlahiyyətlər yeni yaradılacaq direktor ştatına həvalə ediləcək. Yeniliklər bununla da bitmir.
Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, bəzi dövlət xəstəxanalarında idarəcilik baş həkimlərdən alınaraq direktora həvalə ediləcək. Baş həkimlər isə yalnız ixtisaslarına uyğun işlərə cəlb olunacaqlar. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov deyib.
Şöbə müdirinin sözlərinə görə həmçinin icbari tibbi siğortanın tətbiqi ilə xəstəxanalardakı maliyyə sistemində də dəyişiklik olacaq. Bu isə öz növbəsində tibb işçilərinin maddi təminatına müsbət təsir edəcək.
Həmçinin agentlik baza zərfinə daxil olan bir çox xəstəliklərin müalicəsi üçün dərmanları xəstələrə pulsuz verməyi nəzərdə tutur. Amma dərmanların verilmə qaydası əhalinin siğortalı olub olmamasından asılıdır.
Agentlik tərəfindən həyati vacib dərmanların da siyahıya alınmasına start verilib. Bu dərmanlardan isə ancaq siğortalı vətəndaşlar yararlana biləcəklər.