Azərbaycanda reklam bazarının həcmi 200 milyon manatı ÖTDÜ - İLK DƏFƏ

Azərbaycanda reklam bazarının həcmi 200 milyon manatı ÖTDÜ - İLK DƏFƏ

Azərbaycanda reklam bazarının həcmi ilk dəfə olaraq 200 milyon manatı ötüb.

 

Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2023-cü ildə reklam məhsullarının satışından və xidmətlərin göstərilməsindən əldə olunan gəlirin həcmi 201,1 milyon manat təşkil edib.

 

Bu məbləğ 2022-ci ildə qeydə alınan məbləğdən (148,9 milyon manat) 52,2 milyon manat, yəni 35 faiz çoxdur.

 

2021-ci illə müqayisədə isə reklam bazarının həcmi 102,1 milyon manat və ya 103 faiz artıb. Bazarın daha çox hissəsi reklam fəaliyyətindən əldə edilən gəlirdən formalaşıb. Reklam fəaliyyətinin həcmi 44,7 milyon manat artaraq 183 milyon manata çatıb. Bu bölmə üzrə ən böyük pay reklam yayımına məxsusdur. Reklam fəaliyyətinin 38 faizi (69,9 milyon manat) reklam yayımından ibarət olub.

 

Maraqlı fakt ondan ibarətdir ki, son illərdə açıq məkanda yayımlanan reklam üçün çəkilən xərclər daha sürətlə artır. 2021-ci ildə açıq məkanda yayımlanan reklama görə 10,9 milyon manat, teleradio proqramlarında yayımlanan reklama görə 13,3 milyon manat ödənilmişdi.

 

2023-cü ildə vəziyyət əksinə dəyişib və açıq məkanda yayımlanan reklama görə ödənilən pul 33,7 milyon manata, teleradio proqramlarında yayımlanan reklama görə isə 22,4 milyon manata çatıb. Son iki ildə açıq məkanda reklam yerləşdirilməsinə daha çox vəsaitin xərcləndiyi müşahidə edilib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR