Sürücülərə vacib məsləhət - qarlı yollar sizi qəzaya salmasın - VİDEO
Səhər saatlarından başlayan qar yollarda avtomobillərin hərəkətini də çətinləşdirir və qəzalara səbəb olur. Belə qəzalardan qorunmaq üçün mütəxəssislərin sürücülərə məsləhəti var. Qarın çox yağdığı bölgələrdə isə sürücülər zəncirdən istifadə etməlidirlər ki, onların da qiymətini və istifadə qayadasını növbəti sujetdən biləcəksiniz.
Səhər saatlarında başlayan qarlı hava əksər yollarda sıxlığa səbəb olub, avtomobillər çətinliklə hərəkət edir.
Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, mütəxəssislər qış təkərləri ilə təchiz edilməyən, təkərlərinin protektorları 3 millimetrdən az olan və ABS, ESP kimi təhlükəsizlik sistemləri olmayan avtomobillərin yollara çıxarılmamasını məsləhət görürlər.
Bir çox sürücülər elə düşünür ki, təkərlərin havası az olduqda avtomobil daha az sürüşür. Mütəxəssislər isə bildirir ki, əksinə təkərin havası az olduqda sürüşmə məsafəsi artır. Bu hal yalnız kamerli təkərlərdə faydalı olur. Buzlu havada yoxuşu düşməyin də xüsusi qaydası var.
Qarlı havada ara məsafəsi də çox olmalıdır. Amma yolda həddindən çox qar varsa zəncirlərdən istifadə etmək lazımdır.
Belə zəncirləri sürücülər özləri də rahatlıqla avtomobilə taxa bilərlər.
Yol polisinin xəbərdarlığında isə deyilir ki, qarlı günlərdə sürücülər şəxsi minik avtomobillərindən mümkün qədər az istifadə etsələr yaxşıdır.