Rusiya Belarusla birgə taktiki nüvə təlimlərinin ikinci mərhələsinə BAŞLAYIR

Rusiya Belarusla birgə taktiki nüvə təlimlərinin ikinci mərhələsinə BAŞLAYIR

Rusiyada qeyri-strateji nüvə təlimlərinin ikinci mərhələsi başlayıb.


    
Sfera.az xəbər verir ki, bunu  Rusiya Müdafiə Nazirliyi bildirib.

 

"Rusiya Federasiyası prezidentinin qərarına əsasən, taktiki nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi başlayıb. Təlimlərdə Rusiya və Belarus Silahlı Qüvvələrinin bölmələrinin taktiki nüvə silahının döyüş istifadəsi üzrə birgə təlimi keçiriləcək”,- məlumatda deyilir.

 

"Hərbi təlim Birlik Dövlətinin qeyd-şərtsiz suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün Rusiya və Belarusun taktiki nüvə silahı ilə döyüş bölmələrinin şəxsi heyəti və texnikasının hazırlığını saxlamaq niyyətindədir", - hərbi agentlik əlavə edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR