Yaponiyada müflis olan şirkətlərin sayı sürətlə ARTIR

Yaponiyada müflis olan şirkətlərin sayı 43 faiz artıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda məlumatı kredit araşdırma şirkəti olan “Tokyo Shoko Research” aylıq hesabatında açıqlayıb.
Hesabata əsasən Yaponiyada mayda iflas olan korporativ şirkətlərin sayı əvvəlki ilin may ayına nisbətən 42,9 faiz artaraq 1009-a çatıb. Şirkətin açıqlamasına görə son 11 ildə ilk dəfə olaraq ay ərzində müflisləşən korporativ şirkətlərin sayı 1000-i keçib.
Ən çox iflas xidmət sektorunda baş verib. Burada 327 şirkət müflis olub. İkinci yerdə 193 şirkətlə tikinti sektoru qərarlaşıb.
Məlumata görə, iflas etmiş şirkətlərin təxminən dörddə üçünün 100 milyon yen (637 min dollar) borcu var.
İflasın səbəbləri ilə bağlı araşdırma göstərir ki, yapon yeninin ucuzlaşması, inflyasiya və COVİD-19 ilə bağlı dəstəyin sona çatması səbəbindən işçi qüvvəsinin azalması bizneslərə təzyiq göstərib.
Vasif