Qeyri-sabit hava şəraiti davam edib - FAKTİKİ HAVA

Qeyri-sabit hava şəraiti davam edib - FAKTİKİ HAVA

İyunun 11-i saat 11:00-a olan məlumata əsasən Azərbaycanda qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 36 mm, Gədəbəydə 10 mm, Şəmkirdə 8 mm, Şahdağda 4 mm, Şəkidə 3 mm, Qusar, Qrızda 2 mm, İsmayıllı, Daşkəsən, Tovuz, Göygöl, Goranboy, Naftalan, Ağdam, Tərtər, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

 

Biləsuvar, Lerik, Qrızda duman müşahidə olunub.

 

Qərb küləyi arabir Göygöl, Daşkəsəndə 20 m/s, Astara, Lerikdə16 m/s-dək güclənib.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26-30, Naxçıvan MR-da 27-31, Aran rayonlarında 30-34, dağlıq rayonlarda 16-20 dərəcə isti olub.


OXŞAR XƏBƏRLƏR

Ötən ay suda boğulanların sayı açıqlanıb - Rəsmi

2025-ci ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdə baş verən sudaboğulma hadisələri ...

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişdirildi - FƏRMAN

Prezident İlham Əliyev 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi”ndə dəyişi...

Anar Abdullayev məhkəmə zalında həbs olundu

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və onunla birgə ittiham olunan Anar Abdullayevin cinayət işi üzrə məhkəmə pros...

I qrup üzrə universitetlərin təhsil haqları - RƏQƏMLƏR

Qəbul imtahanından keçən abituriyentlər qarşısında dayanan önəmli məsələlərdən biri də ixtisas seçimidir. Onlar əmək bazarına uyğun ixtisasa yiyələnməklə yanaşı...

Cənubi Koreya Şimalla gərginliyi azaltmaq üçün sərhəddəki səsgücləndiriciləri sökür

Cənubi Koreya hakimiyyəti ölkənin Şimali Koreya ilə sərhədində yerləşdirilmiş və Pxenyana qarşı təbliğat yayımı edən səsgücləndiricilərin sökülməsinə başlayıb. ...

5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

Bu il keçirilən 5-ci “Yüksəliş” müsabiqəsində qalib adını qazanan 20 nəfərdən 3-ü Kapital Bank əməkdaşı olub ki, bu da şirkətlər arasında ən yüksək ...