FHN əməkdaşları maşında dava etdi - Bir nəfər öldürüldü

Hadisə
18:05 / 10.06.2024
1985
Gəncədə qətl hadisəsi törədilib.
Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, Avtovağzal adlanan ərazidə “VAZ-2106” markalı minik maşınında Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mübahisə edib.
Mübahisədən sonra onlardan biri digərini odlu silahla vurub. 1998-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.
Hadisə zamanı avtomobil yoldan çıxaraq ağaclığa düşüb.
Hadisə ilə bağlı araşdırma aparılır.