2016-cı ilin ƏN DƏHŞƏTLİ təyyarə qəzaları

2016-cı ilin ƏN DƏHŞƏTLİ təyyarə qəzaları

Dekabrın 7-də Pakistan Beynəlxalq Hava Yollarına aid təyyarə paytaxt İslamabad yaxınlığında qəzaya uğrayıb. İslamabaddan 125 kilometr aralıda dağa çırpılan təyyarədəki 45 sərnişinin və 5 ekipaj üzvünün hamısı həlak olub.
Şahidlərin sözlərinə görə, onların hamısı yanaraq tanınmaz vəziyyətə düşüblər. 

Sfera.az modern.az-a istinadən bu il baş verən və çox sayda insan itkisinə səbəb olan təyyarə qəzalarını təqdim edir.
2016-cı il mayın 19-da Parisdən Qahirəyə uçan EgyptAir hava şirkətinə məxsus A320 sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 12 dövlətdən 56 sərnişin və 10 ekipaj üzvü olub.
Radardan yoxa çıxan təyyarənin ilkin ehtimala görə, Aralıq dənizinə düşdüyü bildirilib. Digər məlumata görə, təyyarə Yunanıstanın Karpatos adasında qəzaya uğrayıb.
Misir hökuməti qeyd edib ki, terror aktı versiyası da istisna olunmur.
Bundan düz iki ay əvvəl, martın 19-da Rostovda Dubaydan gələn Boeing 737-800 sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 62 nəfər (55 sərnişin və 7 ekipay üzvü olub). Onların hamısı ölüblər.
Təyyarə əlverişsiz hava şəraitində eniş edib. Bu zaman enmə-uçuş zolağına çırpılıb.
Noyabrın 29-da Boliviyanın Santa-Krus-de-la-Serra şəhərindən Kolumbiyanın Medelin şəhərinə çarter reysi həyata keçirən LAMIA hava şirkətinə məxsus Avro RJ-85 təyyarəsi Kolumbiyanın La-Unon rayonunda qəzaya uğrayıb.
Göyərtədə 68 sərnişin və 9 ekipay üzvü olub. Təyyarə Braziliyanın "Şapekoence" futbol klubunu, eləcə də klubun personalını və jurnalistləri gətirirmiş.
71 nəfər həlak olub, 6 nəfər yaralansa da, sağ qalıb.
İlkin versiyaya görə, qəzaya səbəb yanacağın qurtarması olub.


OXŞAR XƏBƏRLƏR

Hansı ərazilərdə mənzil almaq daha sərfəlidir? - VİDEO

Yaxın gələcəkdə paytaxtın bəzi ərazilərindən mənzil almaq daha sərfəli olacaq.   Ekspertlər bildirirlər ki, artan qiymətlər fonunda bir neçə ərazidə ...

Bu dərmanlara qarşı xəbərdarlıq

Mütəxəssislər tez-tez istifadə edilən bəzi dərmanların gözlənilən faydanı vermədiyini və hətta zərərli ola biləcəyini bildirirlər. Dərmanlar, xüsusən də düzgün ...

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...