Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır

İyunun 24-dən iyulun 7-dək Serbiyanın Novi Sad şəhərində baş tutacaq güləş üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycanın U-17 və U-20 milliləri müxtəlif məkanlarda təlim-məşq toplanışı keçir.

 

Azərbaycan Güləş Federasiyasından Sfera.az verilən məlumata görə, yeniyetmələrdən ibarət sərbəst güləş komandamız iyunun 9-dan Xaçmaz Olimpiya İdman Kompleksində məskunlaşıb.

 

Hazırlıq prosesi ayın 23-dək davam edəcək. Bu yaş qrupu üzrə yunan-Roma güləşi komandamız iyunun 3-dən paytaxtda toplanışa start verib. Çalışmalara iyunun 19-da yekun vurulacaq. Qızlardan ibarət kollektiv də qitə birinciliyinə Bakıda hazırlaşır. Toplanış 9-24 iyun tarixlərini əhatə edir.

 

Gənclərə gəlincə, sərbəst güləşçilər iyunun 2-dən Xaçmazdadır və ayın 12-dək Şimal bölgəsində məşqləri davam etdirəcək. Avropa çempionatı öncəsi son təlim-məşq toplanışı iyunun 16-dan iyulun 3-dək Bakıda baş tutacaq. Mayın 22-dən iyunun 8-dək Göygöl Olimpiya İdman Kompleksində toplanış keçən gənc yunan-Roma güləşçilərimizin son hazırlıq prosesi 14-28 iyunda Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında təşkil ediləcək. Gənc qızlar da 16 iyun – 1 iyul tarixlərində Bakıda toplanış keçib, Novi Sada yollanacaq.

 

Qadınlardan ibarət əsas komandamız bu gecə Macarıstana səfər edib. 10 günlük hazırlıq prosesi Tatada baş tutacaq. Ötən həftə həmin ölkədə keçirilən reytinq turnirində iştirak edən sərbəst güləşçilər isə artıq vətənə qayıdıb. Komanda iyunun 12-dən olimpiadaya hazırlığın növbəti mərhələsinə start verəcək. Ayın 26-dək Göygöldə fiziki hazırlığın yaxşılaşdırması məqsədilə toplanış həyata keçiriləcək. Yunan-Roma güləşçilərimiz də eyni məqsədlə Göygölə səfər edəcəklər. Bu komandanın toplanışı 14-26 iyunu əhatə edəcək.


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...