Kimlər hansı tibbi xidmət və dərmanlardan pulsuz yararlanacaqlar? - YENİLİKLƏR açıqlandı

Kimlər hansı tibbi xidmət və dərmanlardan pulsuz yararlanacaqlar? - YENİLİKLƏR açıqlandı
Sığorta haqqı ödəyib-ödəməməsindən asılı olmayaraq, icbari tibbi sığorta sisteminin həyata keçiriləcəyi pilot ərazilərdə yaşayan əhali ilkin səhiyyə və təcili tibbi yardım xidmətləri və bu xidmətlər üzrə ehtiyac duyulan dərmanlarla tam pulsuz təmin olunacaqlar. Digər xidmətləri əldə etmək üçün isə sığorta haqqının ödənilməsi vacibdir.

 
Sfera.az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib.

Artıq bu məsələlərin agentlik tərəfindən Nazirlər Kabinetinə təqdim olunmuş baza zərfinə daxil edildiyini deyən V.Qurbanov bildirib ki, baza zərfinə stasionar müalicələr üçün tələb olunan bütün dərman preparatları, eyni zamanda təcili tibbi yardım və ilkin səhiyyə xidməti üçün lazım olan dərman preparatları daxil edilib. Lakin sığortalanmayan şəxs yalnız ilkin səhiyyə və təcili tibbi yardım xidməti üzrə dərmanları pulsuz əldə edə biləcək. Baza zərfinə daxil edilən həyati vacib dərman preparatlarından isə yalnız sığortalanmış şəxslər istifadə edə biləcəklər.

V.Qurbanov həyati vacib dərmanların siyahısının NK tərəfindən təsdiq olunacağını, həmin siyahıda ürək xəstəlikləri, bir sıra pediatrik xəstəliklər və s. üçün istifadə olunan dərmanların adlarının qeyd olunacağını söyləyib: "Məsələn, ağır ürək əməliyyatından sonra xəstələrin uzun müddət dərman qəbul etməsinə ehtiyac yaranır. Nəzərdə tutulub ki, bu kimi hallarda, eyni zamanda bəzi uşaq xəstəliklərinin müalicəsi üçün təyin olunan dərmanlar müəyyən limit həcmində baza zərfinə daxil edilsin və belə şəxslərə ambulator xidmət göstərilsin".

V.Qurbanovun sözlərinə görə, artıq agentlik tərəfindən icbari tibbi sığorta üzrə vahid qiymət cədvəli müəyyənləşdirilərək Nazirlər Kabinetinə təqdim olunub.

Onun sözlərinə görə, icbari tibbi sığorta üzrə müqavilə bağlayan tibb müəssisələri öz xidmətlərini həmin vahid qiymət cədvəli əsasında göstərəcəklər.

Agentlik rəsmisi əlavə edib ki, baza zərfinə daxil olan və olmayan xidmətlər üzrə də tarif cədvəli hazırlanıb. İcbari tibbi sığorta xidmətindən istifadə etmək üçün sığortalanan hər bir vətəndaş baza zərfinə daxil olmayan xidmətdən də endirimli şəkildə yararlanacaq.

 


OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...