Türkiyənin Diyarbəkir bölgəsində HDP, DBP və DTK həmsədrlərinin mətbuat konfransı keçirdiyi binanın önündə bir qrup etirazçı küçəyə çıxmaq qadağasının olduğu Sur qəsəbəsinə doğru yürüş etməyə cəhd edib.
Publika.az xəbər verir ki, polisin xəbərdarlığını eşitməyən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə olunub.
Müdaxilədən sonra etirazçılar ara küçələrə dağılaraq polisə daşla hücum ediblər. Etirazlarda iştirak edən iki Rusiya əsilli şəxs də saxlanılıb. Etirazları planlaşdırdırmaqda ittiham olunan şəxslərin Rusiya kəşfiyyatına bağlı olduğu ehtimal olunur.