Qurban bayramına görə heyvan kəsimi və satışı məntəqələrində monitorinqlər KEÇİRİLİR

Qurban bayramına görə heyvan kəsimi və satışı məntəqələrində monitorinqlər KEÇİRİLİR

Qurban bayramı günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək.

 

Bu barədə Sfera.az-a AQTA-dan məlumat verilib.

 

Qeyd olunub ki, 16-17 iyunda qeyd olunacaq Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcək.

 

Hazırda ölkə üzrə heyvan kəsimi və satışı məntəqələrində Agentlik tərəfindən monitorinqlər keçirilir. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq, qurbanlıq heyvanların kəsimi və satışı yerlərinin ünvanları yaxın günlərdə Agentliyin saytında (afsa.gov.az) yerləşdiriləcək və siyahı geniş ictimaiyyətə açıqlanacaq. Bu ünvanlarda baytarlıq nəzarətindən keçmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq, heyvanların kəsimi isə baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə aparılacaq. Bununla yanaşı, vətəndaşların tələbatı nəzərə alınmaqla bir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla, yerli icra orqanları tərəfindən səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur. Kəsim yalnız əvvəlcədən təyin olunmuş heyvan kəsimi məntəqələrində, qurbanlıq heyvanların cəmdəklərinin satışı isə müvafiq satış şəbəkələrində həyata keçiriləcək.

 

Agentlik vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri heyvan kəsimini müqəddəs dini ayinlərlə yanaşı, müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır. Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.

 

Bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı halları ilə rastlaşdıqda, vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, o cümlədən Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.


OXŞAR XƏBƏRLƏR

Orqanlarını bağışlayanların sayı xeyli artıb - RƏSMİ

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi bu ilin ilk 6 ayı ərzində ölümündən sonra orqanlarını bağışlamaq üçün razılıq ərizəsi imzalayan ş...

Havada toz müşahidə edilir - Üç gün davam edəcək

"Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti mü...

Bu şəxslərə torpaq sahəsi veriləcək

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi - Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində,...

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq q...

Prezident Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiqləyib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. ...

20 dollarlıq əskinas Fransa və Polşanı bir-birinə vurdu

Avropa Mərkəzi Bankının (ECB) yeni avro əskinasları üçün hazırladığı dizayn planı diplomatik qalmaqala səbəb olub. Hələ nə çap olunub-olunmayacağı, nə də dizayn...