Azərbaycandan Həcc ziyarətinə yola düşən sonuncu zəvvar qrupu Məkkəyə ÇATDI

Azərbaycandan Həcc ziyarətinə yola düşən sonuncu zəvvar qrupu Məkkəyə ÇATDI

Bu gün Azərbaycandan Həcc ziyarətinə yola düşən sonuncu zəvvar qrupu Məkkə şəhərinə çatıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

 

Onun sözlərinə görə, azərbaycanlı zəvvarlar hazırda Məkkədə Həcc ziyarəti ilə bağlı keçirilən Sağlamlıq və Təhlükəsizlik Forumunda iştirak edirlər.

 

"Hazırda Məkkə şəhərində 1500 zəvvarımız var. İyunun 14-dən etibarən Həcc ziyarətinin əsas hissəsi başlayacaq", - V.Cahangiri bildirib.

 

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 1500 nəfərlik kvota ayrılıb. Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 3-ü səhər saatlarında təyyarə ilə Bakıdan Ciddə şəhərinə yola salınıb.

 

Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir.

 

Xatırladaq ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın II Liqasındakı komandaların sayı açıqlanıb

Azərbaycanın II Liqasında 12 komanda iştirak edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. ...

Orqanlarını bağışlayanların sayı xeyli artıb - RƏSMİ

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi bu ilin ilk 6 ayı ərzində ölümündən sonra orqanlarını bağışlamaq üçün razılıq ərizəsi imzalayan ş...

Havada toz müşahidə edilir - Üç gün davam edəcək

"Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti mü...

Bu şəxslərə torpaq sahəsi veriləcək

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi - Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində,...

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq q...

Prezident Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiqləyib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. ...