Sürücülərə ŞAD XƏBƏR - Daha pul alınmayacaq, əgər...

Sürücülərə ŞAD XƏBƏR - Daha pul alınmayacaq, əgər...

Bakı şəhər sakini Şəhriyar İsmayılov əksər sürücüləri narahat edən məsələyə tam aydınlıq gətirib və buna son qoyub.

Sfera.az avtosfer.az-a istinadən xəbər verir ki, o, idarə etdiyi avtomobillə Bakı Beynəlxalq Avtovağzalına qısa müddətə daxil olması və bunun müqabilində Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən ondan qanunsuz olaraq 1 manat alınmasından narazı qalıb. Bununla bağlı sentyabrın 29-da İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edən Şəhriyar İsmayılova noyabrın 29-da rəsmi cavab verilib.

Dövlət Xidmətinin rəisi Zahid İsayevin imzası ilə göndərilən cavab məktubunda maraqlı məsələ əksini tapıb. Bildirilir ki, Dövlət Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində avtovağzal ərazisində dayanacaqda 20 dəqiqədən az vaxt keçirən nəqliyyat vasitələrinin sürücülərindən hər hansı ödənişin alınması dayandırılıb.

Bu, o deməkdir ki, artıq sürücülər avtovağzal ərazisinə daxil olarkən 20 dəqiqədən az vaxt ərzində avtomobili orada saxlamayacaqlarsa, hər hansı ödəniş etməyə bilərlər. Sürücülərdən hansısa qanunsuz ödəniş tələb edən Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları ilə bağlı İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək olar.


OXŞAR XƏBƏRLƏR

DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb...

Avrasiyanın ən aktiv vulkanı oyanır - FOTO

Səhər saatlarında Sibirin ən yüksək dağı və Avrasiyanın ən yüksək aktiv vulkanı olan Klyuçevskoy 8,8 bal gücündə güclü zəlzələdən sonra püskürüb.   S...

ABŞ İrana ciddi zərbə endirəcək - AÇIQLAMA

ABŞ 2018-ci ildən bəri İrana qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib. Bu tədbirlər İranın neft ticarətini idarə edən beynəlxalq gəmiçilik şəbəkə...

Avqustda qeyri-sabit hava şəraiti GÖZLƏNİLİR

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür.   Sfe...

Pediatrdan xəbərdarlıq: Telefonlar uşaqların beyininə zərər verir

Yay aylarında uşaqların boş vaxtlarının çox olması onların informasiya və texnologiya məhsullarından asılılığını daha da artırır. Havanın isti keçməsi, tətil re...

Sürücü sükan arxasında VƏFAT ETDİ

Sürücü sükan arxasında həyatını itirib. Hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də baş verib.   Sfera.az xəbər verir ki, Quba sakini Rövkət Yunusov idarə ...