Təqaüd yaşının artırılması təklif olundu

Təqaüd yaşının artırılması təklif olundu
 
Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması təklif olunur.
 
APA-nın məlumatına görə, bununla bağlı "Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi hazırlanıb.
 
Layihəyə əsasən, bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılır.
 
Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, hərbi qulluqçular üçün hazırda qüvvədə olan 20 təqvim ilinin 25 ilə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması layihədə əksini tapıb.
 
Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması da əks olunub. 
 
Layihənin ilin sonuna kimi Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR

Hansı ərazilərdə mənzil almaq daha sərfəlidir? - VİDEO

Yaxın gələcəkdə paytaxtın bəzi ərazilərindən mənzil almaq daha sərfəli olacaq.   Ekspertlər bildirirlər ki, artan qiymətlər fonunda bir neçə ərazidə ...

Bu dərmanlara qarşı xəbərdarlıq

Mütəxəssislər tez-tez istifadə edilən bəzi dərmanların gözlənilən faydanı vermədiyini və hətta zərərli ola biləcəyini bildirirlər. Dərmanlar, xüsusən də düzgün ...

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...