66 yaşlı sərnişin avtobusda öldü
Hadisə
19:00 / 09.06.2024
4200
Şəkidə 66 yaşlı kişi sərnişin avtobusunda dünyasını dəyişib.
Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bideyis kənd sakini, 1958-ci il təvəllüdlü Seyidov Natiq Şahid oğlu mindiyi şəhərdaxili marşrut avtobusunda keçinib.
Belə ki, sürücü sərnişinin avtobusdan düşmədiyini görüb və ona yaxınlaşıb. Şəki rayon Mərkəzi Xəstəxanasına aparılan N.Seyidovun keçindiyi məlum olub.
Onun ürək tutmasından öldüyü ehtimal olunur.